UNİVERSİTET SEÇİM BƏLƏDÇİSİ

Bildiyimiz kimi, hər il abituriyentlər ixtisas seçimi mərhələsində müəyyən çətinliklərlə qarşılaşırlar. Bu proses onların səhv istiqamətə yönəlməsinə səbəb olur. Bu çətinliklərin aradan qaldırılması məqsədlə Abituriyent.net saytını hazırlayıb istifadəyə vermək qərarına gəldik.

Layihənin məqsədi 2017-2018-ci tədris ili üçün imtahan vermiş və müvafiq bal toplamış abituriyentlərin ixtisas seçiminin düzgün və zaman itirmədən rahat şəkildə həyata keçirməkdir.

Abituriyentlər aşağıdakı filterlərdən istifadə edərək seçimlərini daha rahat edə bilərlər:

  • Universitetlər (eyni anda bir neçə seçim etmək olar)
  • İxtisas (eyni anda bir neçə seçim etmək olar)
  • Şəhər (eyni anda bir neçə seçim etmək olar)
  • Təhsil forması (əyani və ya qiyabi)
  • Ödəniş forması (ödənişli və ya ödənişsiz (DS))
  • Tədris dili
  • Təhsil haqqı aralığı (minimum və ya maksimum)

Seçilənlərə saytın sağdakı bölməsindən baxmaq, seçilənlərin rahat şəkildə sıralarını dəyişdirmək (və ya silmək) olar (drag and drop ilə) və son seçilənlərin siyahısını kompüterə yükləmək, çap etmək və ya istənilən elektron poçt ünvanına göndərmək olar.

Hər hansı iradlarınız, təklifləriniz və ya suallarınız varsa bizə müraciət edə bilərsiniz.

E-poçt ünvanı : info@abituriyent.net


SPONSORLAR